Suraxanıda karusel təşkil edənlər namizədi hədələdilər: "İcra Hakimiyyəti təşkil edib"

2-09-2024, 15:38   




Suraxanıda karusel təşkil edənlər namizədi hədələdilər:


Müsavat Partiyasının 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Ərzulla Bulud seçki məntəqəsində karusel aşkarlayıb.

Məntəqədən çəkilən videodan da aydın görünür ki, karuseli həyata keçirən şəxslər bir məntəqədən digərinə gedirlər. 

Onlar hətta namizədin etirazına da sərt reaksiya veriblər. 

Müşahidəçilərin dediyinə görə, həmin karuseli Surxanı Rayon İcra Hakimiyyəti və 31 saylı Suraxanı İkinci Seçki Dairəsi birgə təşkil edib.  

Surxanı Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.