”
“Dünya Rusiyanın Ukraynaya qarşı təcavüzünün cəzasız qalmasına imkan verməyəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İrlandiya Nümayəndələr Palatasının sədri Şon Barrett çıxış edib.
O, Rusiyanın etdiklərinin qarşılığında sanksiyaların yetərli olmadığını bildirib:
“Bu, tamamilə yolverilməzdir. Heç bir ölkə başqa bir ölkənin ərazisinin hansısa hissəsini işğal edə bilməz. Ümumiyyətlə, bütün Avropa, həm Avropanın şərqi, həm də qərbi Rusiyanın Ukraynaya edlən münasibətinə qarşıdır. Buna görə də Avropadakı insanlar Rusiyaya qarşı hirslidirlər. Rusiyaya tətbiq edilən sanksiyalar məsələnin dinc yoludur. Buna güc və diplomatiya da əlavə edilməlidir”.