Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD: “Romanı tutub, Vatikana bayraq sancarıq”

16-10-2014, 22:46   
İŞİD: “Romanı tutub, Vatikana bayraq sancarıq”
Terror təşkilatı təbliğat meydanında Qərb mediasını üstələyir

İŞİD sadəcə İraq və Suriya ərazisində hərbi əməliyyatlar həyata keçirmir. Onların fəaliyyəti heç Yaxın Şərqlə də məhdudlaşmır. Bu terror təşkilatı eyni zamanda öz hədəfləri ilə bağlı total təbliğat aparmaqdadır. Analitiklər qeyd edirlər ki, İŞİD-ın apardığı təbliğat kampaniyasının dünya tarixində analoqu olmayıb.

İraqda ələ keçirdiyi Amerika toplarından düşmənlərinə atəş açan İŞİD eyni uğurla Qərb mediasından Qərbə qarşı istifadə edə bilir. Xüsusən “YouTube”, “Twitter”, “Instagram”, “Tumblr” və bu kimi digər sosial şəbəkələrdə İŞİD-in təbliğat kampaniyası güclü təsir imkanları ilə seçilir.

İŞİD-ə bağlı sıradan insanlar hər gün sosial şəbəkələrdə yüzlərlə foto və video materiallar paylaşmaqla bu terrorçu təşkilatın gənclər arasında nüfuz qazanmasına xidmət edirlər. Və həmin materiallar anındaca bütün dünyaya yayılır. Belə nümunələrdən biri “The Grand Theft Auto”dakı elektron oyunlarda ortaya çıxıb. “Sizin oyunlarda ortaya qoyduqlarınızı biz real döyüş meydanlarında həyata keçiririk”.

Əvvəllər isə mənzərə təxminən belə idi. “Əl-Qaidə” lideri Üsamə bin Laden ara-sıra video-çıxışlar edərdi. İndi isə böyük kütlələr İŞİD-ın təbliğatına cəlb olunub və bu təbliğatın gücü getdikcə daha aydın görünür.

İş o yerə çatıb ki, İŞİD öz təbliğatı ilə aparıcı Qərb media orqanlarını kölgədə buraxır. Hətta şou proqramları belə reytinq göstəricisinə görə İŞİD-ın təbliğatına böyük hesabla uduzur.

Cihad düşüncəsinə bağlı “Dabiq” jurnalının dördüncü sayında “Səlib yürüşünün iflası” adlı yazı gedib. Jurnalın üz qabığında Vatikan əks olunub. Müqəddəs həvari Peter meydanında isə İŞİD-ın qara bayrağı dalğalanır.

Jurnalın yazarları bildirirlər ki, Qərb dünyasının liderləri o qədər gerizəkalıdır ki, onlar İran və Rusiya kimi düşmənlərinin maraqlarına xidmət edən səlib yürüşünə start veriblər. Jurnalda gedən yazılarda cihad tərəfdarlarını katoliklərə və xristianlara qarşı savaşa səsləyirlər: “Gün gələcək biz Romanı işğal edəcəyik və onların qadınların qul kimi satacağıq”. Jurnal xilafətə qarşı çıxan hər bir xristianı səlib döyüşçüsü kimi təqdim edir.

Xatırladaq ki, Roma Papası Fransisk dəfələrlə İŞİD-ə qarşı bəyanatlar səsləndirib. O, İŞİD-ə qarşı ABŞ-ın başçılığı altında döyüşən Birləşmiş Alyansı açıq şəkildə müdafiə etdiyini bəyan edib. Heç şübhəsiz ki, bu kimi bəyanatlara cavab olaraq bu dəfə Vatikan İŞİD tərəfindən hədəfə alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar