Terrorçulara məxsus təyyarələr Hələb hava limanı üzərində görünüb
Dünya Suriya və İraqın bəzi ərazilərinə nəzarət edən İŞİD terrorçu qriplaşmasının əlində 3 qırıcı təyyarənin olduğu məlumatı yayıllıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qırıcılar Hələb hava limanının üzərində görünüb.
Məlumata görə, İŞİD-in İraq qruplaşmasının üzvləri Suriya terrorçularına təyyarə idarə etməyi öyrədir. Təyyarələrin Bəşər Əsədə məxsus qüvvələrin əlindən alındığı deyilir.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşması Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərini almaq üzrədir. Pentaqon kürd silahlılarının müqavimətinə baxmayaraq şəhərin İŞİD-in əlinə keçəcəyini labüd adlandırıb.