Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ təşviş içində (VİDEO)

17-10-2014, 20:28   
ABŞ təşviş içində (VİDEO)
Bu günə qədər 9 min nəfər təhlükəli virusa yoluxub


Dünya Ebola virusuna yoluxanların aqibəti Amerikalıları təşviş içərisində saxlayır. Liberiyadan gələn xəstənin müalicəsi zamanı bu virusa yoluxan tibb bacılarının birindən xəbər var. Bir gün əvvəl Barak Obama ilə Ebola daşıyıcısı olan tibb bacılarından biri başqa xəstəxanaya köçürülüb.

, Amerika Birləşmiş Ştatlarının Ebola virsuna yoluxan vətəndaşının görüntüləri yayılıb. Nina Fam adlı tibb bacısı Dallas xəstəxənasında həkimlər tərəfindən lentə alınıb. Virusa yoluxan tibb bacısı "Hamınız Merilendə gəlin" deyə onu tanıyanlara salam göndərib. Daha sonra o, müalicəsini davam etdirmək üçün xüsusi təyyarə ilə Merilend ştatına aparılıb. Tibbi bacısı xəstəxanalardan birində digər xəstələrdən təcrid olunmuş şəkildə müalicə olunacaq.

Nina Fam digər tibb bacısı Ember Vinson ilə birlikdə liberiyalı Ebolaya tutulan xəstəsini müalicə edərkən virusa yoluxublar. Xəstəliyi aşkarlanmadan bir gün öncə isə Vinson təyyarə ilə Dallasdan Klivlendə gedib. Bu səbəbdən ştat rəhbərliyi təyyarədə onunla eyni vaxtda uçan sərnişinlərin tibbi yoxlanışına başlayıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama Ebola virusunun ölkədə yaratdığı təhlükə ilə əlaqədar Xəstəlikdən Mühafizə və Nəzarət Mərkəzində keçirdiyi görüşdə deyib ki, turistlərin ölkəyə səfərinə qadağa qoyulmadır.

Ümumdünya Səhiyyə Təşkilatı bu günə qədər virusa yoluxanların sayının 9 min olduğunu açıqlayıb. Proqnozlara görə isə dekabra qədər isə Ebolaya yoluxanların sayının 10 mini ötəcək.[media=http://www.youtube.com/watch?v=PeakCy_xD88]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar