Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Həsənov Cəfər Əli oğlu polisə müraciət edərək bildirib ki, tanışı onun 46 min manat pulunu açıq yolla əlinbdən alıb. Belə ki, şikayətçi bildirib ki, tanışı, 1979-cu il təvəllüdlü İsayev Arif İsgəndər oğlu metronun "Neftçilər" stansiyası yaxınlığında ona qarşı zorakılıq edərək 46 min manat pulunu alıb. Həmin vaxt A.İsayev sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırmalar aparılır.