“Malayziya təyyarəsini separatçılar vurub”

19-10-2014, 22:32   
“Malayziya təyyarəsini separatçılar vurub”



Almaniya Federal Kəşfiyyat Xidməti Donetsk yaxınlığında Malayziyaya məxsus “Boeing” sərnişin təyyarəsinin qəzaya uğramasında separatçıları günahkar hesab edib.


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Qurumun rəhbəri Gehard Şindler bununla bağlı müvafiq məruzəni Almaniya parlamentinin Nəzarət Komissiyasına təqdim edib. Sənəddə gətirilən faktlara əsasən, separatçılar ukraynalı hərbçilərdən ələ keçirdikləri “Buk” özüyeriyən zenit kompleksindən raket buraxıblar. Raket təyyarənin düz yaxınlığında partlayıb ki, bu da aviaqəzaya səbəb olub.

Kəşfiyyat xidməti həmçinin, Rusiya hakimiyyətinin təyyarənin guya Ukrayna qüvvələri tərəfindən vurulması haqda iddialarının həqiqətə uyğun olmadığı haqda qənaətə gəlib.

Sərnişin təyyarəsi 2014-cü il iyulun 17-də, Ukraynanın Donetsk vilayətində vurulub. Göyərtədə olan 298 nəfərin hamısı həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.