Bak meriyasından problemlə bağlı heç bir müraciət olmadığını bildirirlər
Növbətçi Bakıda güclü külək bir çox fəsadlar törədib.
paytaxtda orta məktəb, yaşayış binaları zərər görüb. Bəzi yaşayış evləri və obyektlərin damları, şüşələri sınıb. Bəzi yerlərdə ağaclar aşab.
Problemlərdən biri də Salatın Əsgərova küçəsində baş verib. Güclü külək 4-mərtəbəli binanın damını qoparıb.
Paytaxtda yağan yağış nəticəsində isə bəzi yerlərdə kanalizasiya sistemləri dolaraq daşıb. Bir çox rayonların ərazisində yollar su ilə dolub.
Bundan əlavə ghüclü külək paytaxtda elektrik enerjisinin verilişində də problemlər yaradıb. Bəzi ərazilərdə işıqlar sönüb.
Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasından bildirdilər ki, qurumun "qaynar xətti"nə heç bir şikayət daxil olmayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin direktor köməkçisi Sabit Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, hər hansı problem yaranarsa həmin ərazinin yerləşdiyi quruma müraciət olunur. Qurum rəsmisinin sözlərinə görə, hələlik onlara heç bir müraciət daxil olmayıb.