Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Qarabağ" çexlərə tapşırıldı

20-10-2014, 19:07   
"Qarabağ" çexlərə tapşırıldı
“Dnepr” - “Qarabağ” matçına təyinatlar açıqlanıb

Futbol Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” - “Qarabağ” matçına təyinatlar açıqlanıb.

3-cü tur çərçivəsində baş tutacaq görüşü çexiyalı ədalət təmsilçisləri idarə edəcək.

Matçın baş hakimi Libor Kovarjik olacaq. Ona Kristof Mençl və Yan Patak yardım edəcək. Əlavə köməkçi hakimlər: Radek Prjiqoda və Yan İlek, dördüncü hakim Petr Blajek olacaq. UEFA nümayəndəsi funksiyasını bolqar Stefan Ormanciyev yerinə yetirəcək.

Qeyd edək ki, “Dnepr” - “Qarabağ” qarşılaşması oktyabrın 23-də Bakı vaxtı ilə saat 00.05-də Kiyevin Olimpiya stadionunda keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar