Donetskdə vurulan təyyarədən xəbər var

20-10-2014, 21:05   
Donetskdə vurulan təyyarədən xəbər var
Almaniya Federal Kəşfiyyat Təşkilatı Ukraynanın şərqində Malayziya Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması ilə bağlı mövqeyini ortaya qoyub.

Axar.az xəbər verir ki, Donetskdəki təyyarə qəzasını araşdıran alman təşkilatı hesabatını açıqlayıb. Almanların verdiyi məlumatda sərnişin təyyarəsini Rusiya tərəfdarı olan separatçılar vurub.

ABŞ-ın hesabatı da almanların məlumatı ilə üst-üstə düşür. Separatçıların Rusiyaya məxsus havadan müdafiə sistemindən istifadə edərək birbaşa təyyarəni vuran mərmi atdığı bildirilir.

Xatırladaq ki, bu ilin iyul ayında Donetskdə vurulan sərnişin təyyarəsində olan 298 sərnişin və ekipaj heyətinin hamısı həyatını itirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.