Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Aslan ovunun hamilə olduğunu görəndə (FOTO)

20-10-2014, 22:02   







Dişi aslanın bu hərəkəti fotoqrafı heyərətləndirib

Səyahət Fotoqraf Qerri Van Der Volt çəkiliş aparakən inanılmaz bir ana şahidlik edib və bunu çəkməyi bacarıb.

Şəkillər Cənubi Afrikada vəhşi heyvanların yaşadığı bölgə olan “Madikwe Game Reserve”də çəkilib.

Belə ki, ac dişi aslanın ovuna ceyran düşür. Aslan ceyranı parçalamağa başlayanda ovunun hamilə olduğunu görür. Aslan bu andan etibarən fotoqrafçını belə çaşdıran reaksiyalar verməyə başlayır.

Ceyranın qarnından balanı çıxaran aslan, ceyran balasının üzərində olan tullantıları dəqiqələrlə yalayaraq təmizləyir. Aslan o anlarda ətrafdan gələ biləcək təhlükələrə qarşı tez-tez ətrafı nəzarət edir. Lakin bala ölmüşdü.

Balanı xilas edə bilmədiyini görən aslan onu götürərək bir az kənarda yavaşca yerə qoyur. Aslan davranışlarının ən maraqlı anlarından birinə şahid olduğunu izah edən fotoqraf aslanın ana hissiyatı ilə hərəkət etdiyini deyir.

Şikarının yanına qayıdan aslan ovunu parçalamır, sadəcə onun yanına uzanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar