Hacıqabulda ər arvadını xəstəxanada qətlə yetirdi

20-10-2014, 22:28   
Hacıqabulda ər arvadını xəstəxanada qətlə yetirdi
Hadisə Hacıqabul rayon mərkəzi xəstəxanasının foyesində baş verib

Hacıqabul rayon mərkəzi xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Hacıqabul rayon prokurorluğundan verilən məlumata əsasən, hadisə bu gün iş gününün sonunda, saat 17.30 radələrində xəstəxananın foyesində baş verib.

Hacıqabul sakini əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Əhmədov İslam Abxan oğlu həyat yoldaşı 1963-cü il təvəllüdlü Əhmədova Bacxanım Məlik qızını 4 bıçaq zərbəsi ilə qətlə yetirib. Sonuncu ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Bildirilir ki, Bacxanım Əhmədova Hacıqabul rayon mərkəzi xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışıb.

Tibb bacısının iş yoldaşlarının bildirdiyinə görə, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayırdı. Bu səbəbdən B.Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.

Qətli törədən İslam Əhmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.