İŞİD terror təşkilatı tərəfindən qaçırılan qadınların sayı gündən-günə artır. Lent.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, onlardan biri də əslən yezidi kürdü olan Amşadır. Gözləri önündə əri öldürülən Amşa silahlılar tərəfindən girov götürülüb. Bir oğlu olan və ikinci övladına hamilə qalan qadın İŞİD tərəfindən daha sonra satılıb. Terror təşkilatı onu 12 dollar qarşılığında ərəb əsilli kişiyə verib. Yaşamaq istəmədiyini deyən Amşa İŞİD-in əsir götürdükləri digər qadınları da satdığını bildirib: “50 yaşlı bir adam məni satın almağa gəldi və aldı. O gündən bəri yaşamaq istəmirəm. Günlərlə əsirlikdə olduq. Öncə gənc və gözəl qızları satdılar. Daha sonra isə növbə bizə çatdı”.