DİN Hacıqabulda baş verən cinayət barəd yazıbArvadını bıçaqla qətlə yetirmiş Şirvan şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə oktyabrın 20-də Hacıqabul rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, xəstəxanada Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Əhmədov münaqişə zəminində orada tibb bacısı işləyən arvadı Bacıxanımı bıçaqla qətlə yetirib.
İ.Əhmədov Hacıqabul Rayon Mühafizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılıb .
Onu rayon polis şöbəsinə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.