Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Kobaniyə xüsusi təyinatlı dəstə yeritdi

22-10-2014, 14:12   


Türkiyə tərəfi yaraqlıların bölgəyə keçməsinə yardım etdiyini bildirib.

Axar.az Türkiyənin “Radikal” internet qəzetinə istinadən xəbər verir ki, Qərb qaynaqları havadan və yerdən kəşfiyyat tipli əməliyyatları həyata keçirmək üçün ABŞ-ın “Blakvater” adlı xüsusi təyinatlı dəstəsinin Kobanidə PKK-nın Suriya qolu olan PYD tərəfindən vuruşduğunu iddia edib.

Kobaniyə ABŞ-ın hava yardımından sonra şəhərə kənardan gələcək hərbi gücə də ehtiyacın olduğu bildirilib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı verdiyi açıqlamada ölkəsindən əməliyyat üçün yardım istənildiyini və yaraqlıların bölgəyə keçməsinə yardım etdiklərini qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar