Ev dustağı olan başçının oğlu danışdı – Video/Özəl

22-10-2014, 22:08   

[media=http://www.youtube.com/watch?v=hoqYrQEEsxI]
Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri Qurban Qurbanovun oğlu Əhmədxan Qurbanov atasının ev dustağı olmasının səbəblərini açıqlayıb.

Axar.az-ın Dərbəndə ezam olunan əməkdaşının verdiyi məlumata görə, Ə.Qurbanov atasının vəzifədən kənarlaşdırılmasını siyasi sifariş adlandırıb:

“Bu siyasi sifarişdir. Ona görə ki, irəli sürülən tapşırığı yerinə yetirməyini dedilər və o imtina etdi. Ona qarşı təzyiq tətbiq etdilər. Daha sonra isə DİN İstintaq komitəsini göndərməklə güc təzyiqi etməyə çalışdılar. Atam isə təzyiqlərə dözmədi və səhhəti pisləşdi. Amma o dedi ki, mən getməyəcəyəm və xalqımı atmayacağam. Bundan sonra isə insanlar toplaşdı və onlar da dedilər ki, biz onun getməsini istəmirik. İndiyə qədər də həmin təzyiq tətbiq edilir”.

Ə.Qurbanovun sözlərinə görə, Q.Qurbanovun səhhəti normal olsa da, ev dustağıdır:

“İndi vəziyyət yaxşıdır, amma ev dustağıdır. İstintaq davam edir. İstintaq da quramadır. Hakimlər, vəkillər də deyirlər ki, bu mülki işdir, cinayət işi deyil və mülki hüquq çərçivəsində həll olunmalıdır. Bu sahibkar və subyekt arasında olan mübahisədir ki, onu da arbitraj məhkəməsində həll edirlər”.

Oğul Qurbanovun sözlərinə görə, Dövlət Dumasında bir nəfər belə olsun azərbaycanlı yoxdur:

“Bir azərbaycanlının Dövlət Dumasında nümayəndəsi yoxdur. Rusiyada nə qədər həmyerlimiz yaşayır və onların Dumada bir nəfər də olsun nümayəndəsi yoxdur ki, o, Rusiyada yaşayan azərbaycanlıların müdafiəsini təmin etsin. Bu, lobbiçilik işidir. Doğrudur, bizim müəyyən vilayətlərdə diasporumuz var, amma onları federal səviyyədə eşitmirlər, onlara qulaq asan yoxdur. Əslində, Moskva bu maraqları təmin etməli və qorumalıdır. Axı, azərbaycanlılar onları müdafiə edirlər! Azərbaycanda o qədər rus məktəbi var ki, bütün MDB məkanında bu qədər Azərbaycan məktəbi yoxdur. Jirinovski gələndə o da bunu söyləmişdi ki, azərbaycanlılar rus xalqının qoruyur və heç yerdə buna rast gəlmək olmaz. Niyə də bu məsələni qaldırmayaq? Eyni şey Rusiyada da olsun. Biz ki rus məktəblərini müdafiə edirik! Azərbaycanda İvanovka kimi yer var və ona heç kim toxunmur. Heç olmasa, Dərbənd rayonuna dəyməsinlər və insanlar burada sərbəst yaşayıb inkişaf etsin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.