ı
"İŞİD hər gün neftdən 1 milyon dollar gəlir əldə edir".
bu barədə ABŞ Maliyyə nazirinin müşaviri Devid Kohen bildirib.
Kohen İŞİD-in Suriya və İraqdakı zavodlardan satdığı neftdən gəlir əldə etdiyini və bununla da hərbi əməliyyatlarında maddi cəhətdən çətinlik çəkmədiyini qeyd edib.
ABŞ-ın rəsmi nümayəndəsi İŞİD-in digər gəlir mənbəyinin əsir götürdüyü girovların geri qaytarılması ilə əldə etdiyini vurğulayıb. İŞİD-in girovlardan əldə etdiyi gəlir isə 20 milyon dollar həcmindədir.