İraqda döyüşən azərbaycanlı Əbuzər Şahin Feysbukda foto və videolar paylaşıb.
Ə.Şahin 13 yaşlı bir yeniyetmənin fotosunu paylaşaraq, onun Amerika təyyarəsini vurarkən yaralandığını yazıb. Həmçinin, Xalid adlı Tərtər sakininin döyüşlərdə öldürüldüyünü xəbər verib.
[media=http://www.youtube.com/watch?v=BmOTSNOMZOc]
Xəvariclərə qoşulan Ə.Şahin paylaşdığı videoda “İslam Dövləti” terror qruplaşmasının işğalında olan şəhərdə (şəhərin adını çəkmir, ehtimal ki, Mosuldur) sabitlik olduğunu göstərməyə çalışır, əhalinin dinc şəkildə yaşadığını nümayiş etdirmək istəyir.