ABŞ-ın helikopter bəyanatı

13-11-2014, 11:25   
ABŞ-ın helikopter bəyanatı
Dövlət Departamentinin sözçüsü Qarabağdakı insidentdən danışıb

Region Rəsmi Vaşinqton Dağlıq Qarabağda vurulan helikopteri ilə bağlı reaksiya bildirib.

ANS PRESS-in ABŞ-ın "Azadlıq" radiostansiyasına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bir daha regionda atəşkəsin rejiminə riayət edilməsi və gərginliyin azadılmasının önəmini xatırladıb.

Departament rəsmisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin ikiqat artırmağın önəmini qeyd edib. O, deyib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Xatırladaq ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.