"O qadına xəbərdarlıq edirəm, özünü yığışdırsın"

13-11-2014, 17:58   


Xalq artisti İlhamə Quliyeva son günlər özünü xeyriyyəçi kimi göstərməyə çalışan sənətçilərə xəbərdarlıq edib.

müğənni bununla ifaçıların özlərini reklam etdiklərini deyib:

"Son vaxtlar belə bir hal yaranıb. Zərfə 3-5 manat qoyur, çıxıb xeyriyyəçiliklə məşğul olur. Sən kimsən? Azərbaycanda bir xeyriyyəçi qurum var: Heydər Əliyev Fondu. Bir xeyriyyəçi xanım var, o da Mehriban Əliyevadır. Gedib hansı kişinin pulunu caduyla alıb, xeyriyyə ilə məşğul olursan? Bakının yarısına borcu var, başqasına kömək edir. O, özünü reklam edən, guya xeyriyyəçi olan qadına buradan xəbərdarlıq edirəm. Özünü yığışdırsın. Yaxın günlərdə adlarını açıqlayacam”.

Qeyd edək ki, İlhamə Quliyevanın bu sözləri müğənni Rəqsanə İsmayılovanın ünvanına söyləməsi ehtimal olunur. Belə ki, son günlər məhz Rəqsanə bu tip aksiyalarda fəallıq göstərir. O, "Gündəlik" verilişində xəstə oğlunun müalicə məqsədiylə taxdığı qulaqcığın itdiyini deyən vətəndaşa yenisini almaq üçün 1000 manat pul verib. Həmçinin Zaur Baxşəliyevin verilişinə müraciət edən ana və qızını himayəsinə götürüb, kiçik qızı Yağmur vasitəsilə studiyaya zərfdə pul göndərərək həmin ailəyə təqdim edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.