Populyar türk müğənni və bəstəkar Əli Güven dünən İstabulda MESAM (Türkiye Musuki Eseri Sahipleri Meslek Birliği) binasının qarşısında özünü zəncirləyib.
O, zəncirlə qolunu hasara bağlayıb.
Müğənni Mustafa Sandalın xanımı Emina Sandala verdiyi "Yolçu" mahnısının Bosniya-Hersoqovinada hitə çevrildiyi üçün ona 40 min lirə müəllif haqqı verilməliydi.
Lakin MESAM Ə.Güvənə cəmi 100 lirə verib.
"MESAM hər həftə toplantılar və müzakirələr keçirir, amma musiqiçilərin müəllif haqlarını vermir. 39 yaşım var, amma sosial sığortam belə yox. Təqaüdə çıxmadan ölüb gedəcəyik. Sənətçilərin haqqını isə bunlar yeyirlər", - Güven deyib.