Bu məşhur Azərbaycana gəlir (FOTO)

14-11-2014, 16:24   
Bakıda “Unutursam fısılda”nın qala gecəsi olacaq


Kino Tanınmış türk aktyorları Azərbaycana gəlir. Bakıda son zamanların ən məşhur filmlərindən birinin təqdimatı olacaq. Nizami Kino Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 17-də axşam adıçəkilən məkanda “Unutursam fısılda” türk kinosunun qala gecəsi baş tutacaq.

Artıq təqdimatla bağlı bütün hazırlıqlar başa çatıb.

"Unutursam fısılda" dram janrında lentə alınıb. Çağan Irmakın lentə aldığı bu filmdə xəyalların dalınca İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyatından bəhs edilir.

Ayperini "Öylü bir keçer zaman ki" serialından sonra məşhurlaşan aktrisa Farah Zeynep Abdullah, Tarıkı isə "Muhteşem yüzyıl"ın şahzadə Mustafası Mehmet Günsür canlandıracaq. Baş rollardan digəri olan Erhanı isə Kerem Bursin ifa edib.

Bakıda keçiriləcək qala–gecəsində filmin rejissoru ilə yanaşı Farah Zeynəb Abdullah, Kerem Bursin və digər aktyorlar iştirak edəcək.

Filmdən sonra qonaqlar mətbuat konfransı keçirəcəklər. Bu məşhur Azərbaycana gəlir (FOTO)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.