Seda Sayana cəza verildi

14-11-2014, 16:50   
Seda Sayana cəza verildi

Türkiyənin Radio-Televiziya Şurası müğənni və teleaparıcı Seda Sayana “arxadan danışma” maddəsilə 174 min lirə cərimə cəzası kəsib.

Show TV-də yayımlanan proqramı tərk edən Niran Ünsalın arxasından "... sənin də açıq-saçıq kliplərin var. 4 uşaqdan sonramı ağlın başına gəldi" sözləri ona yeni cəza gətirib.

Qərara görə Seda Sayan Niran Ünsalın arxasından danışdığı üçün 174 min lirə ödəməlidir.

Qeyd edək ki, hələ avqust ayında Seda Sayan iki yoldaşını öldürən Sefa Çalınak adlı bir şəxsi efirə çağırıb və buna görə də cəza alıb.

Show TV-nin rəhbərliyi cəzaya görə etiraz edib-etməmək haqda fikrini açıqlamayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.