“G-20” liderləri Putini təklədi - skandal

16-11-2014, 15:03   
“G-20” liderləri Putini təklədi - skandal

Rusiya prezidenti: “Yuxum gəlir”; Harperin “Ukraynadan rədd olun” çağırışı Rusiya prezidentinin “G-20” toplantısını yarımçıq tərk eləməsinə səbəb oldu

Rusiya prezidenti Valdimir Putin dünya liderlərinin Avstraliyanın Brisben şəhərində keçirilən “G-20” zirvəsini yarımçıq tərk edib. Qərb mediası yazır ki, Rusiya dövlət başçısının zirvə görüşünü yarıda qoymasının səbəbi Ukraynaya hərbi müdaxiləyə görə sərt tənqid edilməsi və dışlanmasıdır. Liderlərin Vladimir Putinə soyuq münasibəti noyabrın 16-da liderlərin səhər yeməyində də gözdən qaçmayıb – Rusiya dövlət başçısı qəhvəaltı masasında yalnız oturmalı olub.

Uçağında Rusiya mediasına açıqlama verən Rusiya prezidenti zirvə görüşündən erkən ayrılmasını yuxusuzluğu ilə əlaqələndirib: “Yuyum gəlirdi, yatmaq istəyirdim. Buradan Vladivostoka 9 saat uçmalıyam. Oradan Moskvaya uçuş daha 9 saatdır. Hələ evə çatmalıyam. Sabah bazar ertəsidir, erkəndən işdə olmalıyam. Cəmi 4-5 saat yata biləcəm”.

Putin səhər yeməyində tək oturmasını da fərqli yorumlayıb: “Liderlərin ortaq səhər yeməyinə də yuxusuzluğa görə gecikdim. Ancaq bizim maliyyə nazirimiz orada idi”.

Yada salaq ki, Brisbendə keçirilən iki günlük zirvədə Putinin Ukrayna siyasətini ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Avstraliyanın baş naziri Toni Ebbott, Britaniya baş naziri Devid Kemeron sərt tənqid edib. Kanadanın baş naziri Stiven Harper isə daha konkret olub. Çıxışı zamanı üzünü Putinə tutan Harper ona “Ukraynadan rədd olun” deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.