Hazırda Rusiya Ermənistanı öz vassalına çevirmək niyyətini başa çatdırıb.
Bu barədə erməni şərhçi İqor Muradyanın bu gün erməni mətbuatında dərc olunmuş məqaləsində bildirib.
Muradyanın fikrincə, Azərbaycan artıq Rusiyanın önəmli tərəfdaşına çevrilib.
“Rusiya Azərbaycan ordusu üçün silah parkı yaratdı və açıq şəkildə erməni dövlətçiliyinin ləğvinə başlayıb. Sonda Qarabağı Azərbaycanın nəzarətinə qaytaracaq” - deyə Muradyan vurğulayıb