Belarus prezidenti Aleksandr Lukaşenko diz oynağından əməliyyat olunub. bu barədə BelTA xəbər yayıb.
“Əməliyyata səbəb xokkey məşqlərindən biri zamanı alınan idman zədəsi olub. Əməliyyat planlı olub. Lakin prezidentin gərgin qrafiki ilə bağlı əvvəllər onu həyata keçirmək mümkün olmayıb”, - deyə prezidentin mətbuat katibi Natalya Eysmont qeyd edib.
Əməliyyatdan sonra Lulaşenkonun özünü yaxşı hiss etdiyi və reabilitasiya olduğu bildirilir. Bir neçə gündən sonra o, iş qabiliyyətini tam bərpa edəcək.
Öncə Aleksandr Lukaşenkonun pensiyaya çıxdıqdan sonra öz planlarından danışdığı barədə xəbər verilmişdi. Belarus prezidenti müəllimlik eləmək istəyir.