Koreya Xalq Demokratik Respublikası hakimiyyəti BMT-ni kəskin şəkildə tənqid edib.
BMT Şimali Koreyada insan hüquqlarının pozulmasına dair qətnamə qəbul edib.
Şimali Koreya BMT-nin qətnaməsinin qəbul edilməsində ABŞ-ı günahkar bilib:
"ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı yönəldilmiş prinsipsiz "insan hüquqları haqqında qətnamə"ni qəbul etməklə düşünülməmiş addım atıb. ABŞ Avropa Birliyinə icazə verdi və Yaponiya qətnamələr layihəsinin BMT-nin üzv dövlətləri tərəfindən qəbul edilməsi üçün təzyiq etdi, digər ölkələr də kor-koranə səs verdilər".
Koreya Xalq Demokratik Respublikası hakimiyyəti bu qətnamənin müəlliflərini hədələyib, həmçinin BMT-ni ağlını başına yığmağa çağırıb.