Əlövsət Talışxanlı İsa Qəmbəri ittiham etdi

26-11-2014, 19:02   
“İsa Qəmbərin düşdüyü indiki vəziyyət çox acınacaqlıdır”
Əlövsət Talışxanlı İsa Qəmbəri ittiham etdi
Azərbaycan “Məni təəccübləndirən sabiq başqan İsa Qəmbərin Mərkəzi Nəzarət-Təftiş Komissiyası ilə bağlı fikirləri oldu. Son 25 ildə öz məntiqi ilə digərlərindən kəskin fərqlənən İsa Qəmbər, Müsavatın ümumrespublika müşavirəsində çıxış edənlər arasında ən məntiqsizi idi. Ən acınaqlısı isə, onun düşdüyü indiki vəziyyətdir”.

bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) və partiyanın sabiq üzvü Əlövsət Talışxanlı noyabrın 23-də keçirilən Müsavatın ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin fikirlərinə münasibət bildirərkən deyib.

Ə. Talışxanlı indiki MNTK-nı qeyri-legitim adlandırıb və İ. Qəmbəri tərəf olmaqda qınayıb: “Əvvəlki komissiyanı tərəf olmaqda ittiham edənlər isə unudurlar ki, həmin tərkibin ayrı-ayrı üzvləri Vurğun Əyyubun, Sülhəddin Əkbərin, Arif Hacılının tərəfdarları ola bilərdilər, lakin İsa Qəmbər o dövrdə partiyada tərəf olmadığına görə MNTK-nın qəbul etdiyi qərarlar kiminsə istəyi ilə həyata keçirilə bilməzdi. O, özü də bunu çox gözəl bilirdi. Əgər MNTK o zaman partiya başqanına və ya digər strukturların rəhbərlərinə qarşı olsaydı belə, bu, ancaq Müsavatdaxili demokratiyaya xidmət edərdi”.

Ə. Talışxanlı qeyri-legitim başqan saydığı Arif Hacılının partiyada azlığın - öz qrupunun lideri olduğunu söyləyib: "Bu səbəbdən də indiki MNTK-nın Arif Hacılının tərəfində olmasını əvvəlki MNTK-nın partiyanın rəhbər şəxslərinin tərəfində olması ilə eyniləşdirmək böyük qərəzdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.