Daha sonra İtaliyanın baş naziri etinasız şəkildə dönərək arxaya baxıb
Dünya Misirin general prezidenti Əbdülfəttah Sisi İtaliyada rəsmi səfərdə olub. Misir prezidenti Sisinin İtaliyanın baş naziri Renzi ilə görüşü baş tutub. Görüşdən sonra tərəflər mətbuat konfransı keçirib.
Əbdülfəttah Sisi jurnalistlər qarşısında çıxış etməyə başlayarkən Renzi snixron tərcümənin səsləndirildiyi qulaqlığı taxmayıb. Bununla da kifayətlənməyən Renzi telefonu ilə oynamağa başlayıb. Daha sonra İtaliyanın baş naziri etinasız şəkildə dönərək arxaya baxıb.
Qeyd edək ki, Misirdə hərbi xuntanın köməyi ilə prezident seçilən Sisinin İtaliyaya səfəri bu ölkədə etirazla qarşılanıb. Yerli qəzetlərdən biri isə onun barəsində “axmaq” yazıb.