Rusiya Qara dənizi ələ keçirir

27-11-2014, 14:38   
Rusiya Qara dənizi ələ keçirir
Bu barədə NATO komandanı Kiyevdə bəyanat verib
"Rusiya Ukraynadan ilhaq etdiyi Krım yarımadasını hərbiləşdirməklə bütün Qara dəniz üzərində nəzarəti ələ ala bilər."
bunu NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Philip Breedlove deyib.

Kiyevdə rəsmi şəxslərlə görüşdə NATO generalı xəbərdarlıq edib ki, Rusiyanın Krımda quraşdırdığı hərbi avadanlıq və bura gətirdiyi texnika miqyasına görə bütün Qara dənizə nəzarətə hesablanıb. Ukrayna ərazisində çox sayda Rusiya hərbçisi var və onlar separatçıların təlimləndirilməsində və onlara taktiki yardım göstərilməsində iştirak edirlər.

Ümumiyyətlə, Krımın Belbek hərbi hava bazasında yerləşdirilən qırıcı təyyarələr Krasnodar hərbi dairəsinin bazalarından gətirilir.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Krıma, burada yerləşdiriləcək 30 təyyarədən ibarət eskadriliya üçün artıq 14 qırıcı gətirilib.

Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Rusiya “heç kim üçün təhlükə yaratmır” və “geosiyasi oyunlara cəlb olunmasına yol verməyəcək.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.