"Qərbdən gələnlər İslam coğrafiyasının neftini, qızılını sevir, bizim daxili qarşıdurmalarımızı sevir. Bizim meyitimizi sevirlər, bizi sevmirlər"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam ölkələrinə müraciət edib. Toplantıların birində çıxış edən Ərdoğan İslam dünyasının ağır durumda olduğunu və bundan çıxış yollarını göstərib. "İslam cografyası tarixində heç vaxt olmadığı qədər qanla anılar yaşanır. Hər gün uşaqlarımız və qadınlarımız ölür. Torpaqlarımız düşmən çəkmələri altında qalıb. Səsimizi çıxara bilirikmi, danışa bilirikmi? Xeyr.
Bizlər yer üzündə sülhü qoruya biləcək gücə sahibik. Əgər istənisək axan qanı dayandıra , uşaqlarımızın ölməsini durdura bilərik. Yaxın Şərqdəki qanı durdura bilərik. Fələstinin müstəqilliyini təmin edə bilərik. Bizim problemimiz kənardan gələn həll edilə bilməz. Qərbdən gələnlər İslam coğrafiyasının neftini, qızılını sevir, bizim daxili qarşıdurmalarımızı sevir. Bizim meyitimizi sevirlər. Amma inanın ki, bizi sevmirlər. Buna daha nə qədər göz yumacağıq.
İslam dünyasındakı problemlərə diqqət çəkdiyim üçün qərb mediasının hədəfinə gəldim. Bizim bu proseslərdə həlledici gücə sahib olmağımızı istəmirlər. Dünyada dil, din, irq ayrı-seçkiliyi etmədən yoxsulun haqqını müdafiə etməyimizdən narahat olurlar.
Biz neft, qızıl, almaz uğrunda, bitmək bilməyən ambisiya uğrunda hətta uşaqları öldürənlərdən deyilik. İrqçiliyin yanında olmuruq.
Yaşadığımız faciələrdən daha ağır olan dilimizdir, bəhanələr gətiririk. Amma inanın hesab günündə hesab gününün sahibi qarşısında heç bir bəhanə keçərli olmayacaq. Məsum uşaqların əlləri susanların və qatillərin üstündə olacaqdır.
Türkiyə olaraq heç bir ölkənin ərazi bütövlüyünə qarşı yönəlik bir niyyətimiz yoxdur. Regionumuzdakı heç bir məsələyə maraq nəzərində baxmamışıq.
Tarixinin ən çətin dövrünü yaşayan İslam cografyasında çıxışın yolu birlikdən keçir. Bir-birimizə qardaş olaq".