Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Papanı İslama dəvət etdilər

29-11-2014, 02:16   
Papanı İslama dəvət etdilər
Cübbəli Əhməd: “Sən bu papalıqdan əl çək, müsəlman ol”

Türkiyənin tanınmış din alimi, Cübbəli Əhməd ləqəbli Əhməd Mahmud Ünlü ölkələrində səfərdə olan Roma papası Franksisi İslam dinini qəbul etməyə dəvət edib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, jurnalistlər Cübbəli Əhməddən, “papa ilə görüşmək istərdinizmi?” – deyə soruşub. Din alimi isə həqiqətləri demək mümkün olsa görüşə biləcəyini deyib:

“Niyə görüşüm ki, neyniyirəm papanı? Müsəlman edəcəksəm görüşüm və ya həqiqəti demək mümkün olsa, “Sən bu papalıqdan əl çək, müsəlman ol” deyim” – deyə Əhməd Mahmud Ünlü cavab verib.

Bir neçə gün əvvəl İŞİD tərəfindən hədələnən Cübbəli Əhməd bu istiqamətdə də suallara cavab verərək ölüm siyahısının Əzrailin əlində olduğunu deyib.

“Ölüm siyahısı Əzrailin (ƏS) əlindədir. İŞİD-in əlində deyil. Allah Tala hər il öləcəklərin siyahısını Əzrailə verir. O siyahı nə artar, nə əskilər. Siyahıda adım yoxdursa İŞİD heç nə edə bilməz. Onların mənə nəsə edəcəyinə inansam, onlara sitayiş edərdim. Mən müşrik deyiləm, Allaha ibadət edirəm. Allaha ibadət edən başqasından qorxmaz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar