Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan xəritədə Azərbaycan ərazilərini öz ərazisi kimi göstərib – FOTOLAR

7-08-2019, 14:11   

 



Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib.
Stendə işğal altındakı Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi nümayiş olunan xəritə asılıb.
Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən həmin xəritə stenddən yığışdırılıb.
Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar