Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə… (Yenilənib)

20-09-2019, 21:20   

 



Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.
Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. Hazırda ölkə xaricində olduğunu deyən deputat saytımıza açıqlamasında bu barədə geniş danışmayacağını bildirib:
“Bu tamam başqa məsələdir. O adamla mən dostam. Aramızda anlaşılmazlıq olub, dalaşmışıq. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Bu, “qarantiya məktubu” kimi bir şeydir. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar