Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusla bağlı yayılan şayiələr haqda - SON MƏLUMAT

24-02-2020, 08:58   




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Nazirlikdən virtualaz.org-a daxil olan məlumatda bildirilib ki, sosial şəbəkələrdə koronavirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir.

Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edilib ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıblar.

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar