Arvad ərini qısmanmadığına görə bıçaqladı - Binəqədidə

9-01-2015, 21:08   
Arvad ərini qısmanmadığına görə bıçaqladı - Binəqədidə

Bakının Binəqədi rayonunda 28 yaşlı dörd uşaq anası, Masallı rayon sakini Tuba Səfərova yatmış əri Elton Səfərovu (ad və soyadlar dəyişdirilib) doğramağa çalışıb. O, bıçaqla Səfərovun qarın nahiyəsindən vurub.

Bu barədə Vesti.Az-a Səfərovun uşaqlarının saxlanıldığı Azərbaycan Uşaqlar İttifaqının sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edək ki, Binəqədi rayonu hüquq-mühafizə orqanlarından bu məlumatı təsdiqləyiblər.

Hazırda Binəqədi prokurorluğuSəfərova barəsində Azərbaycan CM-in “qətl törətməyə cəhd” maddəsi üzrə cinayət işinin təhqiqatını davam etdirir. Qadının dörd övladının olmasına baxmayaraq, onun barəsində həbs qətimkan tədbiri seçilib.

K.Ağazadənin sözlərinə görə, Elton Səfərova hücumdan əvvəl ər-arvad arasında Tuba Səfərovanın özünün səbəb olduğu qalmaqal baş verib. Qadın ərinə deyirmiş ki, o, Tubanı müdafiə etməyib, ona baxan kişini döyməyib.

“Səfərova kifayət qədər gözəl qadındır. O, bunu bilir və bundan istifadə edir. O, tez-tez əri ilə arasında qalmaqal salar, kişini onu başqalarına qısqanmağa məcbur etməyə çalışırmış. Gah biri ona pis baxıb, gah başqası söz atıb. Bundan başqa, Səfərova ərini guya ona qarşı hansısa hərəkət etmiş kişilərlə davaya sövq edirmiş. Səfərovun özü isə xasiyyətcə sakit adamdır.

Ər-arvad arasında sonuncu qalmaqal da bu zəmində baş verib. Bir qədər sonra işlər yoluna düşüb. Ən azından ər belə düşünürmüş. Lakin Səfərova incikliyini unutmayıb. Və gecəni gözləyərək, bıçağı yatan ərinin qarnına soxub”, - deyə, K.Ağazadə danışıb.

Xəstəxanaya gətirilmiş kişi xoşbəxtlikdən sağ qalıb. Arvadının onu öldürmək istəməsinə baxmayaraq, Səfərov hər şeyi gizlədib və xəstəxanada özünü ailə qalmaqalı zamanı bıçaqla vurduğunu deyib. Lakin elə bu vaxt xəstəxanaya gələn Tuba Səfərova özünü ərinin qohumlarının üstünə atıb və qışqırmağa başlayıb:

“Onu mən vurmuşam, düz də etmişəm. Lazım gəlsə sizi də öldürəcəyəm!”.

Bundan sonra polis əməkdaşları Səfərovanı saxlamalı və ona ev həbsi verməli olublar. Lakin qadın dörd övladını evdə tək qoyaraq, ev həbsindən qaçmalı olub. İki gündən sonra Səfərovanı tutan polislər onun barəsində həbs qətimkan qərarının çıxarılmasına nail olublar.

Hazırda Səfərovanın 8-9 yaşı olan iki böyük qızı Azərbaycan Uşaqlar İttifaqının sığınacağında qalırlar. Qızların həftədə bir dəfə anaları ilə danışmaq imkanları var.

K.Ağazadənin sözlərinə görə, ən kiçiyi 11 aylıq olan iki oğlanı isə atası özü ilə götürüb. Kişi artıq xəstəxanadan çıxıb və tez-tez qızlarını ziyarət edir.

“Tuba Səfərovanın ər baxımından bəxti gətirib. Onun və uşaqlarının heç bir şeyə ehtiyacları yoxdur. Kişi pis qazanmır. Səfərov gecə-gündüz işləyir ki, ailəsini saxlasın. Amma Tubanın özü isə bir qadın kimi vecsizdir”, - deyə, K.Ağazadə bildirib.

Bununla yanaşı, Elton Səfərov artıq boşanma barədə ərizə verib. Bir müddət əvvəl kişi öyrənib ki, arvadı hər şeydən başqa sən demə ona xəyanət də edirmiş.

Həbsdən sonra Səfərovanın mobil telefonunu onun ərinə veriblər. Telefona naməlum kişidən SMS-lər gəlib. Həmin şəxs qadının əlaqəyə çıxmamasından narahat olduğunu yazırmış. O zaman Səfərov özünü arvadı kimi təqdim edərək, həmin kişiyə görüş təyin edib. Görüş zamanı Səfərov kişini döyüb və onu arvadı ilə hansı münasibətlərdə olduğu barədə danışmağa məcbur edib. Kişi deyib ki, aralarında heç bir cinsi münasibət olmayıb, lakin o, bunun baş verəcəyinə ümid edirmiş.

Məlum olub ki, Səfərova sadəcə kişidən istifadə edirmiş. Ona restoranlarda görüş təyin edərək, qonaqlığa görə hesabı verməyə məcbur edirmiş. Təbii ki, bu xəbəri aldıqdan sonra istənilən özünə hörmət edən kişi arvadını öldürməsə də, ən azından ondan boşanardı.

Qeyd edək ki, 15 yaşında Eltona qoşulub qaçan Tuba anasının yolunu gedib. Sən demə bir neçə il əvvəl T.Səfərovanın anası öz ərini öldürübmüş.

AzadXeber.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.