Donetskin meri şəhərin açarlarını separatçılara təhvil verdi

5-05-2014, 11:53   

Ukraynanın Donetsk şəhərinin meri Aleksandr Lukyançenka şəhər meriya binasının açarlarını separatçılara təhvil verib.

Bu barədə qondarma Donetsk xalq respublikasını mətbuat katibliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Donetskdə olan tərəfdarları meriya binasına gələrək, hakimiyyətin xalqa təhvil verilməsini istəyib: "Mer Aleksandır Lukyançenka da tərəfdarlarımızın bu istəyini müsbət qarşılayıb və binanın açarlarına xalqa təhvil verib. Bütün prosses dinc şəkildə həyata keçib”.

Qondarma Donetsk xalq respublikasının nümayəndəsi Serqey Çıplakov da məsəsləyə münasibət bildirib:
“Hazırda Donetskin bütün inzibati binaları bizim nəzarət altına keçməkdədir, xalq öz hakimiyyətini bərpa etməyə qərarlıdır və bu yolda heç kimi bizə mane ola bilməyəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.