ABŞ səfiri Leyla Yunusu yanına çağırtdırdı

5-05-2014, 15:04   
ABŞ səfiri Leyla Yunusu yanına çağırtdırdı
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir. Hüquq müdafiəçisinin səfir Riçard Morninqstarla görüşü planlaşdırılıb.

Bu barədə müsavat.com-a “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, səfir ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı Vaşinqtonda keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəsində olduğu üçün Bakıya dönəndən sonra L.Yunusla bağlı baş verənlərlə şəxsən maraqlanıb. Odur ki, hüquq müdafiəçisi elçiliyə dəvət olunub.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirovun həbsindən sonra adları “erməni işi”ndə hallandırılan Leyla və Arif Yunus hava limanından geri qaytarılıb və onların da həbs oluna biləcəyi barədə xəbərlər dolaşır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.