HSYK-da bir hakimin yandırmağa çalışdığı Fətullah Gülənlə bağlı olan bir sıra sənədlər və görüntülər ələ keçirilib. Dövlət içində dövlət qurmaq istəyənlərin iç üzünü açan bu sənədlərdə Gülənə də aid olan və indiyə kimi ortalığa çıxarılmayan qeydlər var. Anakarada HSYK-da (Hakimlər, savcılar yüksək kurulu) çalışan bir hakimin əlində çox önəmli sənədlərin olduğu və yandırılacağı ilə bağlı dövlət orqanlarına vətəndaşlardan gələn telefon zəngləri və e-maillər daxil olub. Bundan sonra Sevilay Yüksəlir, Fidel Okan və Əbdürrəhman Şimşək tərəfindən həmin sənədlər məhv edilmədən ələ keçirilə bilib. Bir hard disk və bir neçə CD-dən ibarət olan bu sənədlər dövlət içində dövlət qurulması planlarnı isbat edəcək səviyyədədir. Ələ keçən CD-lərin bir çoxu qırılsa da, 4 CD-dəki bütün məlumatlar tamamilə xilas edilə bilib. Bu CD-lərdə Fətullah Gülənə aid səs yazılarının olduğu da dəqiqləşib. Bununla yanaşı təşkilat üzvlərinə və Gülən hərəkatına aid məktəblərdə oxuyan şagirdlərlə bağlı da önəmli məlumatlar aşkar olunub. Son dönəmdə Türkiyənin gündəmini zəbt edən telefon dinləmələri, şantaj tərkibli səs yazılarının Gülənin hansı fitvasına əsaslanaraq icra edildiyi də aydınlaşıb. Gülən təşkilat üzvlərilə söhbətində onlara deyib: “Gücdən istifadə etmədiyin yerdə texnika əsasdır, rəqibləri texniki nokauta salmaq lazımdır”. Ələ keçən bəzi sənədlərdə Gülən hərəkatın aid məktəblərdə qalan uşaqlara Kılıçaslanlar kitabı oxutdurulduğu və kitabdakı hansı qəhrəman olmaq istədikləri soruşulub və uşaqların bir hissəsinin Hasan Sabbah olmaq istədiyi məlum olub. Video görüntülərində diqqət çəkən məqamlardan biri də Gülənin Sultan Məhmət haqqında söylədiyi fikirlər olub. Bu fikirlərin İslam dünyasında böyük mübahisəyə səbəb olacağı gözlənilir. Bundan başqa videoyazıda Gülənin əsəbiləşəndə qəribə bir üslubdan istifadə etdiyi açıqca görünür.