Tağı Əhmədov danışdı: "...vəssalam!"

5-05-2014, 15:19   
Tağı Əhmədov danışdı: "...vəssalam!"
Bakı Metropolitenində aparılan yoxlamalar zamanı ciddi qanunsuzluqlar aşkarlanıb.

Bu barədə “Azadlıq” qəzeti yazıb ki, metrodakı ticarət və reklamdan gələn gəlirlərin araşdırılması zamanı keçmiş rəis Tağı Əhmədovun maxinasiyalara yol verdiyi üzə çıxıb.

Beləliklə də Tağı Əhmədovun məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.

Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəis müavini Arif Rəsulov işdən çıxarılıb.

“Yeni Müsavat”ın müxbiri bu iddialara aydınlıq gətirmək üçün T.Əhmədovla əlaqə saxlayıb. Amma keçmiş rəis çox danışmayıb, lakonik şəkildə “Bu barədə heç nə bilmək istəmirəm, vəssalam” deyərək telefonu qapadıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.