İsa Qəmbərin Kiyevdəki çıxışı Putinə təqdim edildi

5-05-2014, 15:20   
İsa Qəmbərin Kiyevdəki çıxışı Putinə təqdim edildi
Rusiya prezidenti Vladimir Putinə Ukraynada insan hüquqları ilə bağlı “Ağ Kitab” adlı hesabat təqdim olunub.

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı sənəddə 2013-cü ilin noyabr ayından 2014-cü ilin mart ayına qədər Ukraynada insan hüquqlarının pozulması faktları ilə bağlı ətraflı şərhlər verilib. Burada Ukrayna və Qərb mətbuatında gedən müsahibələr, informasiyalar, həmçinin hadisə şahidlərinin məlumatı əsasında fikirlər ümumiləşdirilib.

Rəsmi Moskva bildirir ki, sənəd real faktlar əsasında hazırlanıb. Bununla yanaşı, günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyi də vurğulanıb.

Hesabatda Ukrayna hadisələri zamanı Kiyevdəki Avropa Meydanında çıxış edən Qərb, Avropa ölkələri rəsmilərinin, əcnəbi müxalifət qüvvələrinin nümayəndələrinin çıxışları toplanıb və təhlil edilib. Burada ABŞ dövlət katibinin sözçüsü Viktoriya Nulandın, keçmiş vitse-prezident Con Makkeynin, Almaniya xarici işlər naziri Vertervellenin Kiyevə gəlişi təhlil olunur və qeyri-qanuni adlandırılır.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də 2013-cü il dekabrın 16-da Kiyevin Avropa Meydanındakı çıxışında Azərbaycan müxalifətinin dəstəyini bəyan edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.