Rus əsgəri erməni ailəsini qətlə yetirdiyini etiraf etdi - YENİLƏNİB

13-01-2015, 19:34   
Rus əsgəri erməni ailəsini qətlə yetirdiyini etiraf etdi - YENİLƏNİB
Ermənistanda amansız qətldə şübhəli bilinən Valeri Permyakov dindirmə zamanı bildirib ki, Ermənistan-Türkiyə sərhədini keçmək istəməyib

19:27

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, bunu ölkə polisi rəisinin birinci müavini Unan Poqosyan deyib.

V.Permyakov sərhədə çatmaq üçün bir neçə yerdə gizləndiyi və tək hərəkət etdiyini deyib.
U.Poqosyan qeyd edib ki, o, saxlanılarkən mülki paltarda olub.


---------
15:25

Ermənistanın Gümrü şəhərində bir ailənin altı üzvünü öldürməkdə şübhəli bilinən Rusiya hərbçisi Valeri Permyakov istintaqa ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ermənistan Polisi rəisinin birinci müavini Unan Poqosyan bildirib.

O qeyd edib ki, Avetisyan ailəsinin qətlində şübhəli bilinən Permyakov günahını boynuna alıb: “O bildirib ki, bazanı gəzinti məqsədilə tərk edib və təsadüfən Avetisyanların evinə gedib”.

Permyakovun ifadəsinə görə, o, su içmək üçün evə daxil olub. Qətlin motivləri isə məlum deyil və mətbuata əlavə məlumat verilmir. İlkin ehtimallara görə, hadisə məişət mübahisəsi zəminində baş verib.

“News.am” saytının Ermənistan Təhqiqat Komitəsinin rəis müavini Vaan Arutyunyana istinadən məlumatında isə qeyd olunur ki, A.Permyakov evə soxulan zaman ev sahibləri ona müqavimət göstəriblər, o isə qısa müddətdə hamısını avtomatla öldürüb: “Permyakov ifadəsində bildirib ki, növbə körpə uşağa çatanda avtomat silahda ilişmə baş verib. Bu səbəbdən qatil uşağı silahın qundağı ilə öldürməyi qərara alıb. Lakin uşaq xoşbəxtlikdən sağ qalıb”.

Qeyd edək ki, öldürülənlər ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.

----------
09:26

Qətli törətməkdə şübhəli bilinən hərbçi Türkiyə sərhədində yaxalanıb

Gümrüdə erməni ailəsini öldürməkdə şübhəli bilinən Valeri Pavloviç Permyakov saxlanılıb.

Anspress-in məlumatına görə, o, hadisə yeri olan şəhərdən 16 kilometr aralıda Şirak vilayətinin Bayandur kəndində sərhədə tərəfə yön alarkən tapılıb və ələ keçirilib.

Yerli prokurorun sözlərinə görə, hazırda şübhəli Rusiya sərhəd bölməsindədir və onun dindirilməsi aparılır.

Xatırladaq ki, bazar ertəsi Ermənistanda 6 nəfərlik ailənin öldürülməsində şübhəli bilinən Valeri Permyakovun axtarışına başlanmışdı.
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.