Gülər Əhmədovanın halı pisləşib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, bir neçə dəqiqə əvvəl Gülər Əhmədovanın halı pisləşib. Məhkəmə binasına təcili tibbi yardım çağırılıb.
Hazırda həkimlər sabiq deputata tibbi yardım göstərir.
12:06
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytı xəbər verir ki, prosesdə G.Əhmədovanın vəkilli Əfsər Talıbov Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib.
Hakimlər isə həmin şikayətin icraata qəbul edilib-edilməməsi ilə bağlı sorğu göndəriblər.
Sorğunun mətni açıqlananadək prosesdə fasilə elan olunub.