14 milyonluq müəmma: Hafka, yoxsa Məmmədov?

13-01-2015, 22:31   
14 milyonluq müəmma: Hafka, yoxsa Məmmədov?
Hafkanın “Lans” klubu üçün həlledici mərhələ başlayıb.

Axar.az xəbər verir ki, Fransanın idman mətbuatı klub prezidenti Jerve Martelin artıq Azərbaycanda olduğunu yazıb. “Lans”ın prezidenti Bakıya səfər ərəfəsində iş adamı Hafiz Məmmədova böyük jest edib.

Belə ki, Martel “Lion”la matçdan fərqli olaraq “Qenqam” komandası ilə görüşə “Land of fire Azerbaijan” formasını çıxarıb. Fransa KİV-i qeyd edir ki, Martel ölkəmizdən 14 milyon avro ilə qayıtmalıdır. “Pulu kim verəcək” sualı hələ açıq qalıb.

Çünki səhmdarın ya Hafka, ya da “Qarant Holdinq”in prezidenti Anar Məmmədov olacağı, 14 milyon vəsaiti ikisindən birinin ödəyəcəyi ehtimal edilir. Bəzi məlumata görə, H.Məmmədov banklardan götürəcəyi kreditlə problemin həllinə çalışır.

Yada salaq ki, Hafka az öncə mesaj dolu bəyanatla çıxış etmişdi:

“Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans”ın tarixi əhəmiyyətini nəzərə alaraq, biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.