Quba polisi narkotiklərlə mübarizə çərçivəsində gecə əməliyyatı keçirib.
Axar.az-a verilən məlumata görə, bir neçə saat əvvəl polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Quba şəhər sakini olan Ağalar adlı şəxs 200 qram herion satarkən yaxalanıb. Polis onunla əlbir olan daha bir neçə nəfəri dərhal həbs edib.
Qeyd edək ki, yanvarın 12-də Qubanın Barlı kəndi ərazisində də narkotik vasitələrin yetişdiridiyi plantasiya aşkar edilib. APA-nın məlumatına görə, Quba Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində təxminən 2 sotdan artıq sahəni əhatə edən narkotik plantasiya müəyyənləşdirilib.
Məlum olub ki, həmin sahə Qubanın Barlı kənd sakini 55 yaşlı Mirişov Fərman Sədulla oğluna məxsusdur. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. F.Mirişov istintaqa verdiyi ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini deyib.