Rus əsgərin güllələdiyi ermənilərin fotoları

13-01-2015, 23:55   

Erməni mətbuatında güllələnən ailənin yeni şəkilləri yayıldı

Region Ermənistanın Gümrü şəhərində rus əsgəri tərəfindən öldürülmüş Avetisyan ailəsinin üzvlərinin şəkilləri yayılıb.

ANS PRESS-in məlumatına görə, onları qətlə yetirən Ermənistandakı Rusiya bazasının hərbçisi Valeri Pavloviç Permyakov saxlanılıb.

Xatırladaq ki, 12 yanvar tarixində Ermənistanın Gümrü şəhərində səhər bir ailənin altı üzvü güllələnib. Hadisə Myasnikyan küçəsindəki evdə baş verib.

Güllələnərək qətlə yetirilənlər Avetisyan ailəsinin üzvləridir. Öldürülənlən ər, arvad, onların oğlu və gəlini, azyaşlı nəvələri olub.

Gümrüdə bir erməni ailəsinin 6 üzvünün güllələnməsində oradakı Rusiya bazasının hərbçisi Valeri Pavloviç Permyakov ittiham edilir.

Rus əsgərin güllələdiyi ermənilərin fotoları


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.