Qusarın Hiloba kəndində itkin düşən 21 yaşlı gəlin haqda yeni məlumat var.
Axar.az-a daxil olan xəbərdə Güləsər Malik qızı Səlimovanın ərinin polisə müraciət etdiyi bildirilir. Həyat yoldaşı G.Səlimovanın tanışı ilə qaçmasından şübhələnir.
Hadisə yanvarın 1-dən 2-ə keçən gecə baş verib. Belə ki, həmin gün gəlin öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb.
Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə “səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm” yazılıb.
Qeyd edək ki, Qusar rayonunda Çoban yaşayış qəsəbəsidir.