Gözəllik tacı ölüm gətirdi - FOTOLAR

14-01-2015, 11:34   
Ekvadorlu gözəllik kraliçası gözəllik qurbanı oldu.


Lipasaksiya əməliyyatı etdirmək istəyən qız əməliyyat masasında qalıb.


Tibb fakültəsi tələbəsi olan 19 yaşlı Katerin Kanto liposaksiya əməliyyatını qatıldığı müsabiqədə mükafat kimi qazanıb.


Müsabiqə oktyabr ayında baş tutub. Burada bir sıra əməliyyatlar ilə yanaşı avtomobil və planşet hədiyyə verilib.


İddialara görə, gənc qız əməliyyat olmaq istəməyib, amma həkimin israrlarından sonra bıçaq altına yatmağı qəbul edib.


Kantonun 24 yaşlı qardaşının sözlərinə görə, həkim hər gün ona zəng edərək əməliyyatda israr edib. Bacısı isə hər dəfə yox deyib. "Lakin sonra həkimdən canını qurtarmaq üçün razılıq verdi".




Polis həkimin ölkədən qaçacağından ehtiyat etdiyi üçün onu həbs edib. Qızın dəqiq ölüm səbəbi isə tibbi ekspertizadan sora bəlli olacaq (ans).

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.