25 həftəlik uşaq öz həyatı uğrunda mübarizəyə apardı
630 qramlıq körpənin həyat eşqi əsl mübarizə hekayəsidir. Mxari adlı qadın hamiləliyinin 20-ci həftəsində həkimlərdən dəhşətli söz eşitdi- təcili abort olunmaq lazımdır, körpə yaşamayacaq. Amma gənc ana onların məsləhətinə qulaq asmadı. "Körpə özü istəyənə qədər ana bətnində qalacaq".
Cett Morris anasının bu sözlərindən sonra ana bətnində 5 həftə qaldı. 25 həftəlik doğulan körpənin çəkisi cəmi 630 qram idi.
Ciyərləri tam formalaşmamış körpə doğuşdan sonra ciddi problemlərlə üz-üzə qalıb.
Lakin o hər şeyin öhdəsindən gəldi. Normal doğulmalı vaxtından belə 3 həftə tez evə buraxılır.
Gənc ana həkimlərin ona başqa seçim qoymadıqlarını, körpəyə yaşama şansı vermədiklərini deyir. "Biz abort olmayacağımızı deyəndə həkim sadəcə mənə narazı-narazı baxdı və getdi. Sanki onun vaxtını aldığımı üçün bizi qınayırdı".
İndi Cettanın 1 yaşı var. Onun demək olar ki, sağlamlıqla bağlı problemləri yoxdur.