İstefa ərizəsini dövlət başçısının dəftərxana rəhbəri parlamentə çatdırıb
İtaliyanın on birinci prezidenti Corco Napolitano bu gün istefa verib.
Bunu İtaliyanın “RaiNews24” telekanalı bildirib.
Yeddi illik hakimiyyət dövrü 2020-ci ildə bitəcək 89 yaşlı Napolitanonun istefa ərizəsini dövlət başçısının dəftərxana rəhbəri Donato Marra İtaliya baş naziri Matteo Rentsiyə, həmçinin parlamentin deputatlar palatasının və Senatın rəhbərləri Laure Boldrini və Pyetro Qrassoya təqdim edəcək.
Dövlət başçısının istefasından sonra onun vəzifələrini Qrasso icra edəcək.
Boldrini isə yeni prezidenti seçmək üçün 15 gün ərzində parlamentin hər iki palatasının birgə iclasını keçirməlidir.
ANS PRESS